Baş katib “Neftçi”nin çempion komandasına diqqət göstərdi

10 May 02:20 Neftçi 563
Baş katib “Neftçi”nin çempion komandasına diqqət göstərdi

“Neftçi”nin U-15 komandası mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, U-15 Liqasında sona 3 tur qalmış çempionluğu rəsmiləşdirən Eldəniz Məmmədovun yetirmələrinə “Ulduz”la son tur oyunundan (1:2) sonra kubok və qızıl medallar təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Neftçi”nin və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər. 2-ci yeri tutan “Sabah”a gümüş, 3-cü yerin sahibi “Ulduz”a isə bürünc medallar verilib.

Bundan əlavə, Kənan Əzimov (“Neftçi”) mövsümün ən yaxşı futbolçusu, Ramil İsmayıllı (“Karvan-Yevlax”) isə ən yaxşı bombardiri kimi xüsusi mükafata layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?