“Neftçi”nin avrokuboklara vəsiqə qazanması təkcə öz əllərində deyil.
Düzdür, hədəfə çatmaq üçün Premyer Liqada 4-cü yeri tutmaq kifayət edir.
Lakin bunun üçün ölkə kubokunun final qarşılaşmasında “Zirə”nin “Sabah”a məğlub olması şərtdir.
Yox, mayın 13-də sevinən tərəf zirəlilər olsa, o zaman kubokun qalibi kimi Rəşad Sadıqovun komandası Avropa Liqasına, Premyer Liqada ilk 3 yeri tutanlar isə Çempionlar Liqasına və Konfrans Liqasına yollanacaqlar.
Görəsən, “Neftçi”dəkilər mayın 13-dəki matçla bağlı nə düşünür? “Sabah”ın məğlub olacağını təxmin edənlər var? Komanda şəklində “Zirə”nin məğlub olmasını arzulayacaqlar?
“Ağ-qaralar”ın müdafiəçisi Elvin Bədəlov mövzu ilə bağlı Sportinfo.az-a danışıb:
“Sabah”ın uduzacağını təxmin etmirəm. Ümumiyyətlə, pis şeylər düşünmək istəmirik.
Məqsədimiz mövsümü 4-cü pillədə başa vurmaqdır. “Sabah”ın kuboku götürməsini istəyirik.
Hələ ki, bu ümidlə yaşayırıq. İnşallah, belə də olacaq. Əsas odur biz işimizi düzgün görüb, lazım olan qələbələri qazanacaq.
Mayın 13-də final matçını birlikdə izləyəcəyik. Bizə sərf edən nəticənin qeydə alınacağını düşünürəm.
Kimə azarkeşlik edəcəyəm? Təbii ki, “Sabah”a (gülür)”
Mayın 13-də “Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Zirə” görüşü saat 20:00-da başlayacaq.
HƏBİB

