FİFA tərəfindən “Neftçi”yə tətbiq olunan transfer qadağası aradan qaldırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib.
O qeyd edib ki, transfer qadağasının aradan qaldırılması ilə bağlı bütün prosedurlar tamamlanıb və klubun hər hansı borc öhdəliyi yoxdur.
Daha əvvəl FIFA tərəfindən “Neftçi”yə transfer qadağası tətbiq olunmuşdu. Klubdan verilən açıqlamada buna səbəb kimi texniki gecikmə nəticəsində yaranmış ödəniş problemi göstərilmişdi.

