FIFA “Neftçi”yə tətbiq etdiyi transfer qadağasını götürüb.
Dünya futbol qurumu az əvvəl bununla bağlı “ağ-qaralar“a bildiriş göndərib.
Əvvəlki qərar qarşıdakı 3 transfer dövrünü əhatə edirdi: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.
Bu o demək idi ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcəkdi.
Klubdan verilən rəsmi məlumata görə, buna səbəb futbolçulardan birinin transfer ödənişinin texniki səbəbdən gecikdirilməsidir.
Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.
Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.
Bakılılar həmin öhdəliyi yerinə yetirdiyindən, məsələ çox da böyüməyib, elə ilk mərhələdəcə həllini tapıb.
“Neftçi”nin cəzalanmasının səbəbkarı Alessio Kurçidir. Ötən ilin yayında Belçikanın ikinci liqa klubu “Frank Borains”dən alınan lüksemburqlu hücumçu üçün tələb olunan vəsait vaxtında ödənilməyib.
Bu isə sözügedən klubun şikayət etməsinə və bakılıların cəzalanmasına səbəb olub. Ölkəsinin əsas millisinin də üzvü olan forvard “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.
Onun transfer haqqı Onun transfer haqqı təxminən 200 min avro olub.
SPORTİNFO.AZ

