“Neftçi”nin hücumçusu səmimi oldu, soruşduq, bir sözlə cavab verdi

20:40 Neftçi 113
“Neftçi”nin hücumçusu səmimi oldu, soruşduq, bir sözlə cavab verdi

Təsəvvür edin, “Neftçi” min bir zəhmət bahasına çempionatı 4-cü pillədə başa vurur,

“Zirə” də ölkə kubokunun finalında, həm də “Neftçi”nin meydanında – “Palms Sports Arena”da “Sabah”ı məğlub edir.

Nə baş verir?

Premyer Liqanın qalibi “Sabah” Çempionlar Liqasına, kubokun sahibi “Zirə” Avropa Liqasına, elitanın 2-cisi ilə 3-cüsü “Qarabağ”la “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazanır.

“Neftçi” ardıcıl 3-cü dəfə kənarda qalır.

“Ağ-qaralar”ın lüksemburqlu hücumçusu Alessio Kurçi ilə söhbətdə belə bir mənzərənin yaranmaq ehtimalını soruşanda, bunu təsəvvür etmək belə istəmədiyini bildirdi.

“Bu barədə düşnmək istəmirəm. Bu dəqiqə 4-cü pillədəyik və həmin yeri qorumalıyıq,

Çünki bu gün üçün avrokuboklara getmək şansımız var. Finalda nə olacağını zaman göstərəcək.

Neqativ düşüncədə olmaq istəmirəm. Gələcəyə inamla baxıram.

Alessioya ünvanladığım “finalda “Sabah”a azarkeşlik edəcəksən?” sualına gülərək verdiyi cavab bir sözdən ibarət oldu: “Əlbəttə”.

Azərbaycan kubokunun final görüşü çərçivəsində “Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Neftçi” matçı mayın 13-də gerçəkləşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti