“Mənim “Neftçi”də nə məşqçi, nə də başqa biriylə problemim var”

14:20 Neftçi 126
“Mənim “Neftçi”də nə məşqçi, nə də başqa biriylə problemim var”

“Mənim nə məşqçi ilə, nə də başqa biri ilə problemim var. Bu cür sözlərin haradan çıxdığını bilmirəm. Belə bir şey yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında “Neftçi”nin malili legioneri Falaye Sako deyib.

31 yaşlı müdafiəçi baş məşqçi Yuri Vernidubla aralarında konflikt yaranması ilə bağlı söz-söhbətlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

Sako komandasının avrokuboklara vəsiqə şansından da danışıb: “Hər görüşə final kimi yanaşırıq və maksimum nəticə qazanmaq bizim üçün çox vacibdir.

İnanın ki, rəqibin kimliyi və turnir cədvəlindəki mövqeyi fərq etmir, hər matça eyni ciddiyyətlə hazırlaşırıq.

Məşqçi heyəti də bizi bu istiqamətdə hazırlayır, oyunu təhlil edirik. Xal itkisi bizə baha başa gələ bilər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti