FIFA-nın “Neftçi”yə transfer qadağası qoymasından xəbərdarsız.
“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.
Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.
Klubdan verilən rəsmi məlumata görə, buna səbəb futbolçulardan birinin transfer ödənişinin texniki səbəbdən gecikdirilməsidir.
Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.
Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.
“Neftçi”nin cəzalanmasının səbəbkarı Alessio Kurçidir. Ötən ilin yayında Belçikanın ikinci liqa klubu “Frank Borains”dən alınan lüksemburqlu hücumçu üçün tələb olunan vəsait vaxtında ödənilməyib.
Bu isə sözügedən klubun şikayət etməsinə və bakılıların cəzalanmasına səbəb olub. Ölkəsinin əsas millisinin də üzvü olan forvard “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.
Onun transfer haqqı Onun transfer haqqı təxminən 200 min avro olub.
Bakılılar artıq ödənişi həyata keçirib və heç bir borc öhdəliyi qalmayıb. Eyni zamanda, FİFA-ya bununla bağlı bildiriş göndərilib.
Dünya futbol qurumu da öz növbəsində “ban“ın 1-2 gün içində götürüləcəyi barədə “ağ-qaralar“ı məlumatlandırıb.
Bəs tərəflər necə anlaşıbmış? “Frank Borains” ilə razılaşmaya əsasən, kompensasiya hissə-hissə ödənilməliymiş. İkinci partiya martda onların bank hesabına köçürülməli imiş.
Yubanma bu zaman yaranıb.
Maraqlıdır ki, Belçikanın aşağı liqa klubu belədə “Neftçi“ ilə əlaqə yaratmadan, gecikmənin səbəbini araşdırmadan birbaşa FİFA-ya üz tutub.
SPORTİNFO.AZ

