"Neftçi"də hamı pərişandır - O, komandanı tərk edə bilər

19:00 Neftçi 292
"Neftçi"də hamı pərişandır - O, komandanı tərk edə bilər

Yuri Vernidubun gəlişindən sonra "Neftçi"nin kollektiv olaraq müsbət nəticə qazanmasında oyunçuların fərdi inkişafı xüsusi yer alır.

Onlardan biri də Freddi Varqasdır.

Hər arxada qalan həftə Venesuela millisinin sabiq üzvü daha yaxşı çıxış edir.

Ukraynalı vinger mövqeyini gizli "9 nömrə"yə dəyişəndən Varqas tam başqa səviyyədə çıxış edir.

Qolları sıralayır, məhsuldar ötürmələr edir.

O qədər üst səviyyədə çıxış edir ki, əsas hücumçular Vensan Abubakar, Bassala Sambu belə ehtiyatda qalmalı olur.

Təbii ki, 26 yaşlı legionerin oyunundakı yüksəliş "ağ qaralar"ın azarkeşlərini çox sevindirir.

Həm də ciddi narahat edir.

Futbolçu ötən yay İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Mövsümün sonu anlaşma bitir.

Vurulan hər qol, edilən hər məhsuldar ötürmə onun dəyərini birə beş artırır.

Məxsus olduğu klub Bakı təmsilçisinə transfer üçün daha böyük məbləğdə təzminat tələb edə bilər. Artıq bu barədə ilkin məlumatlar da yayılmaqdadır.

Deməli, onu burada saxlamaq asan olmayacaq. Ehtimalı belə azarkeşləri və rəhbərliyi pərişan edir. Məsələyə nöqtə yayda qoyulacaq.

Vinger "Neftçi" formasında keçirdiyi 31 oyunda 4 qol vurub və 10 assist edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti