Son 7 oyunda 6 qələbə qazanan “Neftçi” Konfrans Liqasına vəsiqəyə doğru inamla irəliləyir.
“Ağ-qaralar”ın növbəti rəqibi iddialı rəqiblərə baş ağrısı yaradan “Şamaxı”dır.
Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub bölgə təmsilçisi ilıə qarşılaşmadan əvvəl bir neçə futbolçu ilə söhbətdə onlara xəbərdarlıq edib.
Söhbət Emil Səfərov, Cordan Rezabala, İmad Faraj, Luis Ortiz və Bassala Sambudan gedir.
Adları çəkilənlərin hər biri cəza sərhədindədir. Bu, o deməkdir ki, “Şamaxı” ilə oyunda alınacaq növbəti “sarı” “Sabah”la matçı kənardan izləməyə səbəb olacaq.
Təbii ki, ukraynalı mütəxəssis prinsipial qarşılaşmada hamının bir nəfər kimi sərəncamında olmasını istəyir.
Mayın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” duelinin start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

