FIFA-nın “Neftçi”yə transfer qadağası qoyub.
Bununla bağlı qərar FİFA-nın saytında dərc olunub.
Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən, belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.
“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.
Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.
Ukrayna mətbuatı yazır ki, Yuri Vernidub üçün bu vəziyyət onun "Zorya" və "Krivbass"da çalışdığı dövrdə yaşanan bənzər problemlərin təkrarı olacaq.
Klubdan verilən rəsmi məlumata görə, buna səbəb futbolçulardan birinin transfer ödənişinin gecikdirilməsidir.
“Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir.
Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq.
Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur.
Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.
Saytımızın əldə etdiyi məlumata görə, transfer qadağası ötən ilin yayında həyata keçirilən transfer əməliyyatından qaynaqlanır.
Bakılılar xarici klubdan sıralarına qatdığı legionerə görə qarşı tərəfə vaxtında təzminat ödəməyib. Bu, qəsdən edilməyib, sadəcə, sənədləşmə məsələsində texniki problem yaranıb.
Artıq o da həll olunub. «Ağ-qaralar» bu gün həmin məbləği onların hesabına köçürüb. Eyni zamanda, FİFA-ya bununla bağlı bildiriş göndərilib.
Dünya futbol qurumu ən qısa müddətdə məsələni araşdıracaq və «stop»u götürəcək.
SPORTİNFO.AZ
FİFA-nın saytında "Neftçi"nin cəzalandırıldığını təsdiqləyən bölmə


