"Neftçi"dən FİFA-nın şok qərarı ilə bağlı reaksiya gəldi - SON DƏQİQƏ

7 May 09:20 Neftçi 1 681
"Neftçi"dən FİFA-nın şok qərarı ilə bağlı reaksiya gəldi - SON DƏQİQƏ

FIFA-nın “Neftçi”yə transfer qadağası qoyub.

Dünən axşam Ukrayna mediasının FİFA-ya istinadən yaydığı bu xəbər şok effekt yaratdı.

Amma "Neftçi" azarkeşlərinin ciddi narahatlığına əsas yoxdur.

Bu barədə Sportinfo.az-a açıqlamsında "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı deyib:

"Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdi.

Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq.

Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur.

Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti