FIFA-dan ŞOK QƏRAR - “Neftçi”yə transfer qadağası qoyuldu!

00:30 Neftçi 407
FIFA-dan ŞOK QƏRAR - “Neftçi”yə transfer qadağası qoyuldu!

FIFA “Neftçi”yə transfer qadağası qoyub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ali futbol qurumunun rəsmi saytına istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi yeni oyunçuları qeydiyyata ala bilməyəcək.

Transfer qadağası qarşıdakı üç “transfer pəncərəsi” dönəmində qüvvədə olacaq. Qərarın konkret səbəbləri hələ açıqlanmayıb. Lakin ehtimala görə, bu, “Neftçi”nin hazırkı və ya sabiq futbolçuları və məşqçiləri qarşısında borcları ilə əlaqədardır.

Əgər FIFA qadağa müddətini dəyişməsə, “Neftçi” yeni oyun transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

“Neftçi” Misli Premyer Liqasında sona 3 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti