"Neftçi"nin ulduzu Yevlaxda fərqləndi, səsi dünyanın dörd bir yanına yayıldı - FOTO

21:00 Neftçi 222
"Neftçi"nin ulduzu Yevlaxda fərqləndi, səsi dünyanın dörd bir yanına yayıldı - FOTO

"Neftçi" növbəti qələbəsini Yevlaxda qazandı.

"Ağ qaralar" səfər meydanında "Karvan-Yevlax"a şans tanımadı - 0:3.

İmad Faraj hesabı açdı, kapitan Emin Mahmudov penaltidən vurduğu qolla fərqi artırdı.

Matçda son nöqtəni isə Freddi Varqas vurdu.

Özü də nə qolla...

Qapıçını arxada qoyan "10 nömrə" boş qapını dabanla nişan aldı.

Baxımlı alınan qol qısa müddətdə sosial şəbəkələrin bəzəyinə çevrildi.

Nəinki ölkəmizdə, hətta dünyanın dörd bir yanında Varqasın qolu maraqla izləndi.

Bunu biz yox, "Neftçi"nin "instaqram" hesabı deyir.

Belə ki, klubun sosial şəbəkə hesabından haqqında bəhs etdiyimiz qolun videosu paylaşılıb.

Baxış sayı nə az, nə çox 20 milyona yaxındır.

Bu hal ölkə futbolunda yaşanan ilk belə haldır.

XANOĞLAN / SPORTİNFO.AZ

"Neftçi"nin ulduzu Yevlaxda fərqləndi, səsi dünyanın dörd bir yanına yayıldı - FOTO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti