Son vaxtlar «Neftçi»də bahalı legionerlərin «dirilməsi prosesi» gedir.
Mövsümün finişinə az qalmış bu «dirilmə mərhələsi» bir qədər də sürətlənib.
«Neftçi» artıq «yamaq» nəticə qazanmır. Yəni ki, bir neçə ay öncəkimi kimi ara-sıra qələbə çalıb, sonra 3 xal üzünə həsrət qalmır.
«Qarabağ»a 1:5 hesablı məğlubiyyətdən sonra yeni seriya yaxalayıblar. Dünən ardını Yevlaxda gətirdilər.
Varqas, Faraj və digər legionerlərin artan fəallığı, canıyananlığı artıb. Kaş mövsümün başında və ortasında da belə oynayardılar.
Varqas Premyer Liqadakı qollarının sayını dördə çatdırdı. Faraj növbəti dəfə fərqləndi. Emin Mahmudov penaltini dəqiq yerinə yetirdi.
Həms istəkli, həm də narahatdırlar. «Neftçi» Konfrans Liqasına vəsiqə şansı əldə edib, artıq hər şey öz əllərindədir.
Fürsəti qaçırsalar, öz adlarına ziyandır - bir. Klub deyə bilər ki, siz bizə lazım deyilsiz, müqaviləni pozuram - bu iki.
«Neftçi» böyük bir «yağlı tikə»dir. Emin Mahmudov gözəl məlumdur ki, ağ-qara darvaza üzünə bağlansa, daha heç vaxt ona aylıq 65 min dollar ödəyən olmayacaq.
Yuri Vernidub bütün bunlardan xəbərdardır. Təcrübəli insandır, dünya görüb, hər yeri gəzib, taleyi ipdən asılı futbolçuları sığallaya-sığallaya sıxıb suyunu çıxartmağın yoluna bələddir.
Heç kimi acılamır, söymür. Bəzən şirin dilini işə salmaqla, bəzən gülə-gülə söz iynəsini batırmaqla.
ELXAN

