“Neftçi” qiyməti əl yandıran hücumçunun gəlişində maraqlı olsa da… SON DƏQİQƏ XƏBƏRİ

13:00 Neftçi 310
“Neftçi” qiyməti əl yandıran hücumçunun gəlişində maraqlı olsa da… SON DƏQİQƏ XƏBƏRİ

“Neftçi” yay fasiləsində transfer edəcəyi ilk legioneri müəyyənləşdirib.

Bu haqda Polşa mətbuatı iddia irəli sürüb.

Yerli həmkarlarımızın yaydığı xəbərə görə, “Yagelloniya”nın hücumçusu Afimiko Pululu mövsümün sonunda Azərbaycana köçə bilər.

Anqolalı forvardın yayda komandasını dəyişməsi gözlənilir. O, “Yagelloniya” ilə başa çatmaqda olan müqaviləsini yeniləməyi düşünmür.

Bundan yararlanmaq istəyən “Neftçi” 27 yaşlı afrikalıya təklif göndərib. “Ağ-qaralar” danışıqları müsbət yekunlaşdıra bilsə, transfer dəyəri 4 milyon avroya bərabər olan Pululunu azad agent kimi heyətinə qatacaq.

Bildirilir ki, “Bazel”in yetirməsi Azərbaycan Premyer Liqasını yeni çağırış kimi görür və belədə avrokuboklarda çıxış etmək variantı yaranır.

2023-cü ildən “Yagelloniya”nın formasını geyinən Pululu gerçəkdən Bakı yolundadır?

Saytımızın paytaxt klubundan əldə etdiyi məlumata görə, anqolalı Yuri Vernidubun transfer siyahısında yer almayıb. Lakin bu o demək deyil ki, baş məşqçinin diqqətindən kənardadır.

Ukraynalı mütəxəssis adıçəkilən forvardı bir müddətdir izləməkdə, barəsində məlumat toplamaqdadır. Bunda problem yoxdur. P

roblem yalnız maliyyə şərtləri ilə bağlı ola bilər. Belə ki, ön xətt oyunçusu uzunmüddətli müqavilə və yüksək ödəniş tələb edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti