“Neftçi”Afimiko Pululunu heyətinə qatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Yagelloniya”da çıxış edən hücumçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.
Onun transfer qiyməti 4 milyon avro olsa da, Azərbaycan təmsilçisi azad agent kimi forvardla müqavilə imzalayacaq.
“Bazel”in yetirməsi olan anqolalı 2023-cü ildən “Yagelloniya”nın formasını geyinir.

