“Neftçi” Misli Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax”la oyuna itki ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, Sessi Dalmeyda sözügedən matçda iştirak etməyəcək.
Buna yarımmüdafiəçinin cəzalı duruma düşməsi səbəb olub.
O, “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda sarı vərəqə görmüşdü. O, sözügedən matçda meydanda ən yaxşılardan biri idi.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən oyunçu Yevlaxdakı matçı buraxmalı olacaq.
“Karvan-Yevlax” - “Neftçi” oyunu mayın 5-də keçiriləcək.

