“Neftçi”nin baş məşqçisi “Qarabağ”la oyunda niyə xaç çevirdi? - VİDEO

09:40 Neftçi 117
“Neftçi”nin baş məşqçisi “Qarabağ”la oyunda niyə xaç çevirdi? - VİDEO

“Neftçi”, nəhayət, “Qarabağ” önündə uğursuz seriyalara son qoyub.

“Ağ-qaralar” Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan oyunda Ağdam təmsilçisini məğlub edərək bunu reallaşdırıb.

“Palms Sports Arena”da baş tutan qarşılaşmada Bakı klubu 2:1 hesablı qələbə qazanıb.

“Neftçi” bununla 18 oyunluq qalibiyyət həsrətinə son qoyub. Ötən 18 qarşılaşmanın yalnız 1-də paytaxt komandası aktivinə 1 xal yazdırmaqla təsəlli tapmışdı.

“Neftçi” axırıncı dəfə 2021-ci il mayın 19-da ev matçında “Qarabağ”ı 1:0 hesabı ilə üstələmiş və çempionluğu bayram etmişdi. 5 ildə sonra gələn qələbə isə komandanı sona 4 tur qalmış 4-cü pilləyə yüksəldib.

“Neftçi” həm də “Qarabağ”ın ardıcıl 11 oyunluq qələbə seriyasına son qoyub.

2023-cü ilin mayından bəri ölkə çempionatı çərçivəsində təşkil olunan Azərbaycan derbilərinin hamısında ağdamlılar 3 xal qazanmışdılar.

Emil Səfərovun hesabı açdığı ikinci hissənin əvvəlində maraqlı məqam diqqət çəkib.

Belə ki, bakılıların baş məşqçisi Yuri Vernidub bu epizodun ardından dini jest edib. O, sevinc içində xaç çevirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti