“Artığına ehtiyac yoxdur, qələbə ruhu olmasaydı, “Qarabağ”ı məğlub edə bilməzdik”

22:20 Neftçi 135
“Artığına ehtiyac yoxdur, qələbə ruhu olmasaydı, “Qarabağ”ı məğlub edə bilməzdik”

“Qələbə ruhu olmasaydı, “Qarabağ”ı məğlub edə bilməzdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin hücumçusu Alessio Kurçi deyib.

Lüksemburqlu forvard bildirib ki, Premyer Liqanın ötən turunda “Qarabağ“ üzərində əldə olunan 2:1 hesablı qələbə komandaya qarşıdakı 4 oyun üçün əlavə ruh yüksəkliyi, inam yaradıb:

“Ruh yüksəkliyi onsuz da var. Artığına ehtiyac yoxdur. Amma o başqa məsələ ki, turnir cədvəlində “Zirə”ni geridə qoymaq istəyirik.

Mövsümü dördüncü yerdə bitirmək üçün son gücümüzü də meydanda qoyacağıq. Daha xal itirə bilmərik.

Çünki Konfrans Liqasında mübarizə aparmaq istəyirik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti