“Neftçi” nəhayət “Qarabağ”ı məğlub etməyi bacardı.
Son 5 ildə baş tutan 18 oyunun heç birində əzəli rəqibini uda bilməyən “ağ-qaralar” bu dəfə hər kəsi şoka saldı.
Həm oynadığı futbol, həm də əldə etdiyi qələbə ilə.
Əlbəttə, 2:1-də baş məşqçi Yuri Vernidubun danılmaz rolu var. Məhz onun riskli dəyişiklikləri və ağıllı müdaxilələri sayəsində “Neftçi” istəyinə çatdı.
Əsl mübarizə bundan sonradır. Paytaxt təmsilçisi avrokuboklara vəsiqə qazanmaq istəyirsə, “Karvan-Yevlax”, “Şamaxı”, “Sabah” və “Kəpəz”i məğlub etməlidir.
Necə?
Sportinfo.az-ın əməkdaşı Həbib Aslanov hazırladığı videoda uğurun yolunu göstərib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

