Komandanın yarısı olan "Neftçi"li - Yuri Vernidubdan doğru, amma gecikmiş qərar

21:00 Neftçi 188
Komandanın yarısı olan "Neftçi"li - Yuri Vernidubdan doğru, amma gecikmiş qərar

Bu mövsüm "Neftçi"nin heyətinə qatdığı uğursuz əcnəbi transferlərindən biri Kenan Piriçidir.

Ən azı 5-6 oyunda ciddi səhvləri ilə komandasına ziyan verib.

31 yaşlı kiper maksimum bu sayda oyunda "ağ qaralar"a faydalı ola bilib.

Digər matçlarda kobud xətaları olmaya bilər, amma xilaskar olmağı da bacarmayıb.

Qapıçı komandanın yarısı də deyiblər.

Kenan bu fikrin altında qalıb.

Dəfələrlə qeyd etmişik ki, onun ehtiyatda qalan Emil Balayevdən ciddi fərqi yoxdur.

Samir Abasov bu iradlarımıza önəm vermədi, Vernidub isə Ağdam klubuna 1:5 məğlubiyyətdən sonra biz deyənə gəldi.

Kenan Piriçi yanında əyləşdirən ukraynalı əvəzində Emil Balayevə start heyətində güvəndir.

Millimizin sabiq üzvü səhvsiz oyun keçirdi.

Bir epizodda Kamilo Duranın zərbəsinə fantastik reaksiya verməklə komandasının yarısı olmağı bacardı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti