“Qarşıdakı bütün matçlarda qələbə qazanmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin vingeri İmad Faraja aiddir.
Fransız legioner avrokuboklara getmək şanslarını belə qiymətləndirib:
“İnam önəmlidir. “Qarabağ”la görüşdə də qələbə qazanacağımıza bir çoxları inanmırdı.
Altı ay öncə də eşidirdim, deyirdilər ki, "Neftçi" "Qarabağ"la matçlarda geridönüş edə bilməz.
Həmçinin mövsümün gedişində "Neftçi"nin ilk dördlüyə düşəcəyinə də inanmırdılar. Amma baxın, hazırda biz dördüncü yerdəyik”.

