Premyer Liqanın 21-ci turundan təxirə salınan "Neftçi" - "Qarabağ" duelində gülən meydan sahibləri oldu.
"Ağ qaralar" 2:1 hesablı qələbə ilə 5 il davam edən həsrətə son qoya bildi.
Matçdan sonra Emin Mahmudov atdığı addımla diqqət çəkdi.
Kapitan stadionun çıxış qapısında azyaşlı fanatlarının əhatəsinə düşdü.
İmza istəyən kim, şəkil çəkdirmək istəyən kim.
Mahmudovun ətrafında uşaqların çoxaldığını görə mühafizəçilər müdaxilə etməklə onları uzaqlaşdırmağa başladılar.
Amma kapitan onlara "işiniz olmasın" tapşırığını verdi.
Ardınca bir-bir foto istəyənlə foto çəkdirdi, imza istəyənə imza atdı.
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

