“Neftçi” 5 illik fasilədən sonra “Qarabağ”ı udmağı bacardı.
Sonuncu dəfə 2021-ci ilin mayın 19-da əzəli rəqibini 1:0 udmaqla çempionluğu bayram edən “ağ-qaralar” bu dəfə 2:1-lik zəfərə sevindi.
Aprelin 26-da elə həmin stadionda – “Palms Sports Arena”da “Qarabağ” önündə 1:5 hesablı darmadağınla üzləşən paytaxt təmsilçisi 21-ci turdan təxirə salınmış qarşılaşmada bir güllə ilə üç dövşan vurdu.
Həm 1:5-in əvəzini çıxdı, həm illərdir davam edən sindromu yox etdi, həm də turnir cədvəlində “Zirə”ni qabaqladı.
Bu, “Neftçi” azarkeşləri üçün əsl bayram idi. İllərdir həsrətlə gözlənilən bayram.
Oyun başa çatandan sonra meydanda və “Neftçi” azarkeşlərinin yer aldığı tribunalarda sevinc hisləri aşıb-daşırdı. Hamı bir-birini tərbik edir, sanki çempionluğu qeyd edirmiş kimi görünürdü.
“Qarabağ”ın məyus azarkeşləri isə zaman-zaman “Qarabağ” qışqırmaqla rəqib fanatların səsini batırmağa çalışırdı.
Yeri gəlmişkən, “Qarabağ”ın futbolçuları ağdamlı tərəfdarların qarşısına gedib onlara təşəkkür edəndə, yenilgiyə görə üzr istəyənlər də oldu.
“Neftçi” – “Qarabağ” görüşündən sonra “Sportinfo”nun kamerasının obyektivinə tuş gələn 5 dəqiqəlik zəfər görüntüləri təqdim edirik.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

