“Neftçi”nin kapitanı: “Bu il də çempion olmadıq, tilsimi isə qırdıq”

13:20 Neftçi 120
“Neftçi”nin kapitanı: “Bu il də çempion olmadıq, tilsimi isə qırdıq”

“Çox istəyirdik ki, qələbə qazanaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.

Yarımmüdafiəçi təəssüratlarını belə ifadə edib:

“Düzdür, bu il də çempion olmadıq. Nəhayət ki, tilsimi qırdıq və uzunmüddətli qələbəsizlik seriyasını bitirdik.

Ötən oyunda 1:5 hesabı ilə “Qarabağ”a uduzmuşduq. İstəyirdik ki, bu oyunda daha yaxşı nəticə göstərərək, onu unutduraq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti