“Neftçi” 5 il sonra... VİDEO

00:30 Neftçi 79
“Neftçi” 5 il sonra... VİDEO

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı baş tutub.

Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi oyunda hesabı 55-ci dəqiqədə “ağ-qaralar”ın üzvü Emil Səfərov açıb.

85-ci dəqiqədə isə Elvin Bədəlovun avtoqolu hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə Bassala Sambu paytaxt klubunun qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Yuri Vernidubun komandası 47 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Qurban Qurbanovun kollektivi isə 59 xalla 2-ci yerdədir.

“Neftçi” – “Qarabağ” 2:1

“Palms Sports Arena”, 7800 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Müslüm Əliyev
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Sessi Dalmeyda, 24 (qeyri-idman hərəkəti); Emil Səfərov, 39 (qeyri-idman hərəkəti); Freddi Varqas, 74; (qeyri-idman hərəkəti); Emil Balayev, 90 (oyunun bərpasının ləngidilməsi); Bassala Sambu, 90+2 (qeyri-idman hərəkəti) // Joni Montiel, 41 (hakimin qərarına etiraz); Kadi Borqes, 90+1 (qeyri-idman hərəkəti); Kamilo Duran, 90+4 (qeyri-idman hərəkəti)
Qollar: Emil Səfərov, 55; Bassala Sambu, 90+2 // Elvin Bədəlov, 86 (ö.q.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

“Neftçi”
1. Emil Balayev
8. Emin Mahmudov (k)
(23. Cordan Rezabala, 89)
15. Elvin Bədəlov
7. Emil Səfərov
(18. İfeanyi Metyu, 74)
77. Falaye Sako
6. Sessi Dalmeyda
5. İqor Ribeyro
33. Breno Almeyda
11. İmad Faraj
(28. Alessio Kurçi, 74)
10. Freddi Varqas
(9. Bassala Sambu, 74)
22. Luis Ortis
(24. Mustafa Sek, 83)
Ehtiyat oyunçular:
13. Kenan Piriç
91. Nurəziz Əzizov
4. Elvin Camalov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanskiy
47. Murad Məmmədov
70. Andrey Ştoqrin
Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”
99. Mateus Koxalski
55. Bədavi Hüseynov (k)
27. Toral Bayramov
10. Abdullah Zubir
81. Kevin Medina
8. Marko Yankoviç
(35. Pedro Bikalyo, 71)
20. Kadi Borqes
2. Mateus Silva
9. Joni Montiel
(22. Musa Qurbanlı, 42)
15. Leandro Andrade
(11. Emmanuel Addai, 71)
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
21. Aleksey Kaşuk
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!