Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.
Matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.
Aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.
"Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub ümid edir ki, bu gecə revanş ala biləcəklər.
Hər halda komanda üzvləriylə 20-25 dəqiqəlik toplantı keçirən ukraynalı mütəxəssis ötən matçın analizini aparıb. O. səhvləri bir-bir sadalayıb, əksər futbolçuların zəif təsir bağışladığını bildirib.
Təcrübəli çalışdırıcı xüsusən müdafiəçi və yarımmüdafiəçiləri tənbeh eləyib, lakin sərt danışmayıb. Vernidub bildirib ki, fərdi xətalar böyükhesablı məğlubiyyətə gətirib çıxarıb.
Ötən ilin dekabrından burada çalışan sükançı azarkeşləri sevindirməyə borclu olduqlarını söyləyib, müdafiədə diqqətli, orta sahədə daha hərəkətli oynayacaqları təqdirdə, yaxşı nəticə qazanacaqlarını söyləyib.
Baş məşqçi xatırladıb ki, məhz bu səviyyədə rəqiblərlə qarşılaşmalar komandanın real potensialını üzə çıxarır.
Konfrans Liqasına vəsiqə qazanmaq tapşırığını yada salan Vernidub qeyd edib ki, gələn mövsümü «Neftçi»də keçirmək istəyən oyunçu indi özünü göstərməyə borcludur.
SPORTİNFO.AZ

