Aprelin 30-da “Neftçi”ylə “Qarabağ” növbəti dəfə qarşılaşacaq.
Aprelin 26-da keçirilən oyun Premyer Liqanın 29-cu turu üçün nəzərdə tutulmuşdusa, bu dəfə 21-ci turdan təxirə salınmış görüş gerçəkləşəcək.
“Qarabağ”dan fərqli olaraq “Neftçi” derbiyə tam tərkibdə hazırlaşır.
Breno Almeydanın cəza müddətinin başa çatması və Falaye Sakonun kollektiv çalışmalara qoşulması üzləri güldürür.
Yeganə itki Vensan Abubakardır ki, kamerunlu ulduz onsuz da əvəzedici status daşıyır və son oyunlarda komandasına lazımi faydanı vermir.
Bu, o deməkdir ki, bu dəfə texniki zonada yer alacaq Yuri Vernidub ötən matçla müqayisədə heyətdə rotasiyalar edə biləcək.
“Ağ-qaralar”dan fərqli olaraq “Qarabağ” bu görüşə ciddi itkilərlə çıxacaq.
Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Abbas Hüseynov və Dani Bolt vacib matçı kənardan izləyəcək.
Cümə axşamı “Palms Sports Arena”da gerçəkləşəcək duelin start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

