"Neftçi" Vensan Abubakarla yolları ayıracaq.
Baş məşqçi Yuri Vernidub rəhbərliklə söhbətdə bu qərarını açıqlayıb.
Ukraynalı mütəxəssisin ulduz futbolçunun böyük hədəflər yolunda lazım olan faydanı verəcəyinə inanmır.
Gəldiyi gündən tez-tez zədələr alması əcnəbi baş məşqçini xüsusilə qayğılandırır.
Bu səbəblərdən 34 yaşlı hücumçu ilə müqavilənin uzadılması planlara daxil edilməyib.
Abubakar mövsümün gedişində "Neftçi"yə transfer olunmuşdu.
Kamerun millisinin sabiq üzvü ilə mövsümün sonunda müqavilə bitəcək.
Düzdü, anlaşmada + 1 il bəndi var. Amma klub istəmədiyi üçün həmin bənd aktiv olmayacaq.
Afrikalı legioner "Neftçi" formasında keçirdiyi 18 oyunda 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

