Premyer Liqanın 29-cu turunda “Qarabağ”a biabırçı hesabla – 1:5 uduzan “Neftçi”nin növbəti rəqibi yenə “Qarabağ”dır.
Komandalar bu dəfə 21-ci turdan təxirə salınmış oyunda üz-üzə gələcək.
Aprelin 26-dəki oyundan fərqi olaraq “ağ-qaralar” növbəti görüşə optimal heyatlə çıxacaq.
Breno Almeyda cəza, Falaye Sako ilə Vensan Abubakar zədə səbəbindən prinsipial rəqibə qarşı mübarizə apara bilməmişdi.
Bu dəfə ikisi meydana çıxmaq iqtidarında olacaq. Breno cəzasını başa vurub, Falaye isə kollektiv məşqlərə qoşulub.
Yalnız Abubakar zədəsinin müalicəsi ilə məşğuldur.
Sağ cinah yarımmüdafiəçisi Almeyda və eyni cinahın müdafiəçisi Sakonun aprelin 30-da meydana çıxması “Neftçi”nin xeyrinə olacaq.
Yeri gəlmişkən, cəzalı olduğu üçün oyunu tribunadan izləyən baş məşqçi Yuri Vernidub bu dəfə komandanın yanında, yəni texniki zonada yer alacaq.
Cümə axşamı “Palms Sports Arena”da baş tutacaq duelin start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

