Yuri Vernidub “Neftçi”nin kapitanına elə sözlər dedi ki… Bu xəbəri BİZDƏN EŞİDİN!

7 Yanvar 13:00 Neftçi 4 292
Yuri Vernidub “Neftçi”nin kapitanına elə sözlər dedi ki… Bu xəbəri BİZDƏN EŞİDİN!

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) futbolçularla ünsiyyətə geniş vaxt ayırıb.

Ukraynalı mütəxəssis paytaxt Əbu-Dabidə davam edən təlim-məşq toplanışının gedişində onlarla fikir mübadiləsi aparmağa xüsusi önəm verir.

Dekabrın 9-da «ağ-qaralar»la 1,5 illik müqavilə imzalamış təcrübəli çalışdırıcı Emin Mahmudovı komandanın lideri olaraq görür.

O, 2017-ci ildən burada çıxış edən yarımmüdafiəçi ilə görüşü zamanı maraqlı fikirlər səsləndirib.

Vernidub klubda işləməyə başladığı ötən 1 ay ərzində onunla bağlı kifayət qədər mənfi fikirlər eşitdiyini 34 yaşlı oyunçunun diqqətinə çatdırıb.

Vaxtilə «Şerif»in sükanı arxasında olmuş məşqçi bildirib ki, o, kimin nə deməsinə əhəmiyyət vermir, sadəcə, gördüyünə inanır.

Mütəxəssis Eminə deyib ki, komandanı onun ətrafında birləşdirmək istəyindədir, çünki bu məsuliyyəti öz üzərinə götürəcək başqa birini tanımır. Ona görə ki, uzun illərdir «Neftçi»dədir və böyük təcrübəsi var.

Kapitana «mən sənə daim əsas heyətdə yer verməyi düşünürəm» söyləyən Vernidub əlavə edib ki, bunun üçün bir qədər çox çalışması, fiziki güc yığması lazımdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti