“Neftçi” bir cümlə ilə “Qarabağ”a cavab verdi - FOTO

3 Fevral 2025 23:00 Neftçi 2 519
“Neftçi” bir cümlə ilə “Qarabağ”a cavab verdi - FOTO

“Qarabağ” “Zirə”yə də uduzmaqla ağdamlı azarkeşlərin səbr kasasını daşırdı.

Əvvəlki üç matçda FCSB, “Turan Tovuz” və “Olimpiakos”a məğlub olan “köhlən atlar” bazar günü yenilgi seriyasını 4-ə çatdırdı.

Rəvan Həmzəzadənin final fitindən sonra “İmarət”in üzvləri futbolçuları tribunanın önünə səsləyib, etirazlarını aşkar şəkildə bildirdilər.

Edilən etirazda bir ifadə xüsusi şəkildə diqqət çəkir: “Biz sizin üçün “Neftçi” azarkeşləri deyilik...”.

Obyektivə tuş gələn həmin görüntülər “Neftçi” azarkeşlərinin sosial şəbəkə hesablarında geniş müzakirələrə yol açıb. Onlar baş vermiş hadisəyə müxtəlif formada münasibət göstəriblər.

“Neftçi” klubu isə azarkeşlərinə sahib çıxmağı özünə borc bilib. “Ağ-qaralar” sosial media səhifələrində “İmarət”ə bir cümlə ilə cavab verib:

“Heç kim “Neftçi” azarkeşi kimi olmadı, ola da bilməz”.

Maraq üçün bildirək ki, “Neftçi”ylə “Qarabağ” arasında növbəti oyun fevralın 16-da keçiriləcək. “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var