COP29

"Neftçi" 3-4 ildir ki, heç nə qazanmayıb, amma çox şey itirib”

5 Dekabr 2024 09:20 Neftçi 751
"Neftçi" 3-4 ildir ki, heç nə qazanmayıb, amma çox şey itirib”

"Neftçi" - "Qarabağ" matçını ilk dəqiqədən sona qədər izlədim. "Neftçi" oyuna pis başlamamışdı.

Ancaq sonradan Yuri Matiasın buraxdığı səhv "Qarabağ"ın özünəinamı artırmasına kömək oldu.

Təəssüf ki, "Neftçi" yenə də "Qarabağ"a uduzdu. Samir Abasovun gəlişindən sonra "Neftçi"də istək hiss olunurdu. Amma oyunda hansısa dəyişiklik görməmişəm.

Samir Abasovun ilk oyununu çıxmaq şərtilə, sonradan yenə də 3-4 ildir ki, izlədiyimiz "Neftçi"ni görürük.

Samir Abasov qış toplanışı zamanı gedişatı düzəltməli və hər şeynin daha yaxşı olmasına çalışmalıdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Neftçi"nin sabiq legioneri Slavko Georgiyevski deyib.

"Ağ-qaralar"ın keçmiş müdafiəçisi komandanın hazırki durumuna şərh verib:

"Neftçi" nə qazanıb? 3-4 ildir ki, heç nə qazanmayıblar, amma çox şey itiriblər.

Geridə qalan 4 ildə komandanı yenidən qurmaq olardı ki, qarşıdakı 5-6 ildə "Neftçi" hamının sevdiyi və gözlədiyi kimi oynasın.

Amma olmadı. Nə etmək olar? Allah qoysa, "Neftçi" ölkə kubokunu qazanar.

Lakin yenə deyirəm ki, Avropada yaxşı oynayacaq komandanı görmürəm. Həmin komandanı qurmaq lazımdır.

Yoxsa bu gün nəticə olsun, sabah olmasın....Heç nə alınmaz. Komandanı düzgün və yaxşı qurmaq lazımdır.

Evi fundamentdən inşa etməyə başlayırlar da, sonuncu mərtəbədən yox axı. Ümid edək ki, hər şey yaxşı alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti