«Neftçi»nin futbol akademiyasının direktoru vəzifəsinə gətirməyə hazırlaşdığı şəxsin kimliyi məlum olub.
Həmin idarəçi Selahettin Demirçidir.
Bakılılar türkiyəli funksionerlə hər mənada anlaşıb. Bu təyinatın yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Müqavilənin qüvvədə qalacağı müddət? Böyük ehtimalla, 2+1 il.
O, paytaxt təmisilçisinin yeganə namizədi olmayıb. «Ağ-qaralar» həmçinin Portuqaliyadan bir idarəçi ilə təmas qurub.
Hazırda «Benfika»da çalışan həmin şəxs nəzərdə tutulandan yüksək əməkhqqı tələb etdiyindən, sövdələşmə baş tutmayıb.
Paytaxt təmsilçisində bu işi son olaraq Cemal Bülbül görüb. Klubun ovaxtkı prezdenti Kamran Quliyevin istəyi ilə bura gəlmiş türkiyəli 3 il uşaq futboluna məsuliyyət daşıyıb.
Hazırda «Neftçi»nin akademiyası üç koordinatorun nəzarətindədir.
Sənan Quliyev və Namiq Adilov ötən ildən bu səlahiyyəti daşıyırsa, U-19 millisindən ayrılan Elxan Abdullayev 2 ay öncə «ağ-qaralar»la işbirliyinə start verib.
SPORTİNFO.AZ

