“Neftçi” yeni hücumçunun alınmasına 450 min dollar ayırdı - SON DƏQİQƏ

13:00 Neftçi 1 034
“Neftçi” yeni hücumçunun alınmasına 450 min dollar ayırdı - SON DƏQİQƏ

«Neftçi» Konfrans Liqasının startınadək daha bir hücumçu almağı planlaşdırır.

Bu barədə saytımıza klubdan məlumat daxil olub.

Redaksiyamıza bildirildiyinə görə, Yuri Vernidub Lyubomir Tuptanın gəlişi ilə kifayətlənmək istəmir.

Baş məşqçi AEL-dən (Yunanıstan) dəvət olunan slovakiyalı ilə yanaşı, ikinci ön xətt oyunçusunu da sərəncamında görməkdə maraqlıdır.

Rəhbərlik ukraynalı çalışdırıcının sözündən kənara çıxmayıb, bu məqsədlə 450 min dollar ayırıb.

İki ildən sonra avrokuboklara qayıtmış paytaxt təmsilçisi yayın ilk ayında 4 nəfərlə anlaşıb. Lyubomir Tupta ilə bahəm, Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya) və Endryu Qravilyon ("Peksara" İtaliya) düşərgəyə cəlb olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti