Hazır olsunlar - “Forza Neftçi” bu sayda adamla gəlir!

1 Oktyabr 2022 17:00 Neftçi 741
Hazır olsunlar - “Forza Neftçi” bu sayda adamla gəlir!

Bir neçə dəqiqədən sonra başlayacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasının həyəcanı təkcə meydanda yox, həm də tribunalarda hiss olunacaq.

Buna səbəb “Forza Neftçi”nin prinsipial oyuna xüsusi hazırlaşması və əvvəlki illərdən fərqli olaraq bu dəfə Suraxanıya daha çox azarkeşlə yollanmasıdır.

Hazırda “Ulduz” metrostansiyasının yaxınlığında fanatları “Azersun Arena”ya aparmaq üçün 4 avtobus, 10-dan artıq minik avtomobili növbə gözləyir.

Qrupun digər üzvləri isə ictimai nəqliyyatdan istifadə etməklə özlərini “hadisə yerinə” çatdıracaq. Qonaq azarkeşlərin sayı 500 civarında olacaq.

Qısası, bu gün “Azersun Arena”da avarkeş izdihamı yaşanacaq.

Bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” görüşü saat 18:00-da start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti