"Neftçi" yenidən baş məşqçisiz qalacaq? – “Styaua” Regekampf ilə…

22 Sentyabr 2022 22:40 Neftçi 2 285
"Neftçi" yenidən baş məşqçisiz qalacaq? – “Styaua” Regekampf ilə…

"Klubun prezidenti Cici Bekali ilə komandanın sükanı arxasına keçməklə bağlı danışığım olmayıb".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyada "Styaua"ya mümkün qayıdışı ilə bağlı "Digisport" nəşrinə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis Bekalinin onun üçün yaxın dost və qardaş olduğunu bildirib:

"Biz həmişə çox şeyi müzakirə edirik. Onun məsləhətləri hər zaman mənə kömək olur".

Regekampf gələcəkdə "Styaua"nın baş məşqçisi ola biləcəyini istisna etməyib:

"Əmin olun ki, komandanın sükanı arxasına keçəsi olsam, bunun üçün Bekali ilə danışıq aparmağa ehtiyac yoxdur. O, məni tanıyır. Bunu danışıqlarla yox, ürəkdən edirik".

Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampf 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib.

Komanda rumıniyalı mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti