"Neftçi"nin çexiyalı sabiq legioneri "Viktoriya"nı "Qarabağ"dan şanslı saydı

17 Avqust 2022 18:10 Neftçi 1 269
"Neftçi"nin çexiyalı sabiq legioneri "Viktoriya"nı "Qarabağ"dan şanslı saydı

"Viktoriya"nın şanslarını nisbətən yüksək qiymətləndirirəm.

"Şerif"də olduğu kimi, "Qarabağ"ın heyətində də 8-9 əcnəbi çıxış edir ki, onların bəziləri fərdi keyfiyyətləri yüksək olan futbolçulardır.

Plzen təmsilçisi komanda işi ilə yenidən uğur qazana bilər. Hər şeyi oyun göstərəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin sabiq futbolçusu Zdenek Folprext Bakıda "Qarabağ" və "Viktoriya" (Plzen) arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Çexiyalı yarımmüdafiəçi bildirib ki, qonaqları Azərbaycan paytaxtında yalnız matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu təəccübləndirə bilər:

"Bu, olduqca qədim arenadır. Stadionda qaçış cığırları və elə də yaxşı olmayan paltardəyişmə otaqları var. Azərbaycan millisi Almaniyaya qarşı ev oyununu da burada keçirib.

Azarkeşlər orada yaxşı atmosfer yarada bilirlər. Fikrimcə, matçın Respublika stadionuna salınmasının əsas səbəblərindən biri budur".

"Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Zdenek Folprext 2017-ci ildə icarə əsasında "Neftçi"də çıxış edib

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"