"Neftçi"nin müdafiəçisi Türkiyəyə getdi - BU SƏBƏBDƏN

15 Avqust 23:00 Neftçi 1 571
"Neftçi"nin müdafiəçisi Türkiyəyə getdi - BU SƏBƏBDƏN

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Rapid"lə cavab matçında (0:2) ciddi zədə alaraq oyunu yarımçıq tərk edən Azər Salahlının əməliyyat olunacağını xəbər vermişdik.

Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.

Təcrübəli futbolçu artıq bu məqsədlə bu gün Türkiyəyə yola düşüb. Belə ki, müdafiəçinin cərrahi əməliyyatı qardaş ölkədə baş tutacaq.

Bu gün Türkiyənin İstanbul şəhərinə çatan futbolçu sabah əməliyyat masasına uzanacaq.

Salahlının təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"