
“Neftçi” bu gün Premyer Liqanın ikinci turunda “Kəpəz”i qəbul edəcək.
“Ağ qaralar” Qərb təmsilçisi ilə oyuna ciddi itkilərlə çıxa bilər.
Buna səbəb komandanın Vyanada ağır 120 dəqiqə keçirməsidir.
Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Klub rəsmisi ilk öncə “Şamaxı” ilə qarşılaşmada zədələnmiş qapıçı Aqil Məmmədovun durumundan məlumat verib:
“Aqil Məmmədovun durumu normaldır. Məşqlərini davam etdirir. Oynaya biləcək durumdadır.
Digər futbolçulara gəldikdə isə "Rapid"lə ağır oyundan sonra bəzi oyunçularda müəyyən qədər mikro zədələri yaranıb. Hətta ola bilər ki, bəzi oyunçular "Kəpəz"lə oyunda meydanda olmasınlar. Çünki ağrısı olanlar var və risk etmək olmaz”.
“Baksel Arena”da keçiriləcək tarixi derbi bu gün, saat 20:30-da start götürəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ