"Neftçi" bu müdafiəçinin yolunu 3 ay gözləyəcək

13 Avqust 2022 00:40 Neftçi 776
"Neftçi" bu müdafiəçinin yolunu 3 ay gözləyəcək

"Neftçi"nin futbolçusu Azər Salahlı tibbi müayinədən keçib.

Sportinfo.az xəbər verir ki, həkimlər 28 yaşlı müdafiəçiyə 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu qoyublar.

Cərrahi əməliyyat yaxın günlərdə klubun sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçiriləcək. Futbolçu 3 ayadək yaşıl meydandan kənarda qalacaq.

Azər Salahlı çərçivəsində avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!