SON DƏQİQƏ! “Neftçi”nin qış transferi Vernidubu özündən çıxardı - Mən onu istəmirəm

16:00 Neftçi 1 751
SON DƏQİQƏ! “Neftçi”nin qış transferi Vernidubu özündən çıxardı - Mən onu istəmirəm

“Neftçi”nin bu ilin fevralında transfer etdiyi Breno Almeyda Yuri Venidubun gözündən düşüb.

Baş məşqçi braziliyalı yarımmüdafiəçidən şikayətçidir. Ukraynalı çalışdırıcı onunla bağlı narazılığını klub rəhbərliyinə çatdırıb.

60 yaşlı mütəxəssis adıçəkilən sağ cinah vingerini daha əsas heyətdə meydana buraxmaq istəmədiyini bildirib. O, buna səbəb kimi «sambaçı»nın «şişməsi»ni göstərib.

Qeyd edib ki, Almeyda iki aydır «havalarda uçur».

Vernidub cənubi amerikalı legionerin həm Sloveniyada keçirilən məşqlərdə, həm yoxlama görüşlərində, həm də «Dinamo» ilə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında zəif təsir bağışladığını deyib.

Təcrübəli sükançının fikrincə, Almeyda qəsdən komandaya can yandırmır, başqa təkliflər barədə düşünür.

Ona görə də braziliyalını start «11-liy»ində görməsək, təəccüblənməməliyik.

Vernidub Almeydanın işinə barmaqarası yanaşmasının komandanın digər oyunçularına da mənfi təsir göstərdiyini söyləyib.

Paytaxt təmsilçisi 27 yaşlı əcnəbi ilə 2.5 illik müqavilə bağlayıb. Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.

O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə müəlllifi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti