"Neftçi"də məğlubiyyət toplantısı - İdman direktoru futbolçulara nə dedi?

25 İyul 2022 13:00 Neftçi 2 514
"Neftçi"də məğlubiyyət toplantısı - İdman direktoru futbolçulara nə dedi?

«Neftçi»nin idman direktoru Zaur Əzizov futbolçularla bir araya gəlib.

Görüş sakit məcrada keçib.

Ötən ilin dekabrında görəvə gəlmiş funksioner onlarla yumşaq tonda danışıb, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində «Aris»lə keçirilən ilk matçı müzakirə edib.

0:2 hesablı məğlubiyyətin onun üçün gözlənilməz olduğunu bildirən idarəçi iddia eləyib ki, o, hələ də mərhələ adlamağın mümkünlüyünə inanır.

Əzizov Bakıdakı cavab qarşılaşmasında yenilginin əvəzini çıxacaqlarına şübhə bəsləmədiyini, sonadək komandanın və baş məşqçi Lorentsiu Regekampfın arxasında dayanacağını deyib.

Futbolçular Kiprdəki fiaskonu oyunun ağırlığı ilə əlaqələndiriblər. Bununla bərabər, isti havanın mənfi təsirini qeyd ediblər.

Rumıniyalı çalışdırıcının Boludakı yoxlama görüşlərindən fərqli heyət və taktiki seçiminin də bunda roluna diqqət çəkiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!