«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf "Aris"ə qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda bəzi dəyişiklərə əl atacaq.
Rumıniyalı mütəxəssis bu barədə komandadaxili iclasda danışıb.
Kiprdəki ilk matçın yekunu ilə bağlı danışan çalışdırıcı 0:2 hesablı məğlubiyyətin onun üçün gözlənilməz olduğunu bildirməklə yanaşı, bəzi futbolçulardan narazı qaldığını gizlətməyib.
O, müdafiə və hücum xətlərində çıxış eləyənlərin verilən tapşırıqları yerinə yetirmədiyini, ümumən zəif təsir bağışladıqlarını söyləyib.
Yeni sükançı deyib ki, mövsümün ilk rəsmi oyununa görə komanda barədə qəti rəy verməyin əleyhinədir, amma bunu da xatırladıb:
«Azarkeşlərin bizdən gözləntisi böyükdür və Bakıdakı qarşılaşmada revanş götürməliyik».
İyulun 28-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlanacaq.
SPORTİNFO.AZ

