“Neftçi” Konfrans Liqasına uğursuz strart verdi.
Təmsilçimiz “Aris”ə məğlub oldu – 0:2.
“Ağ qaralar” Kipr səfərində məğlubiyyətlə bərabər, həm də bərbad oyunla yadda qaldı. Ki, bu da fanatların haqqlı narazılığına və qəzəbina tuş gəldi.
Amma indiki məqamda belə kluba dəstək olan, bir həftə sonra Bakıdakı matçda qələbə qazanması üçün əlindən gələni edən fanatları da yox deyil.
Məsələn, Sabit Həsənov kimi. Sadiq “Neftçi”li komandanın xorvatiyalı qapıçısı İvan Brkiçə maraqlı mesaj ünvanlayıb – “Matç günü qapı arxasında Xorvatiya bayrağı əlimdə olcaq. Yetər ki, sən can qoy, keçilməz ol”.
Brkiç “Neftçi”li fanatın addımını cavabsız qoymayaraq, “Çox sag ol. Allahın köməkliyi ilə” deyə cavablayıb.
Təbii ki, Sabit bu yolla qolkiperi kiprlilərlə oyuna xüsusi mativasiya ilə hazırlamağa cəhd edib. Effekt verib-verməyəcəyini oyun günü biləcəyik.
Amma uğurlu olub-olmamasından asılı olmayaraq bir fanatın belə düşüncəsini, belə jestini, sadəcə alqışlamaq lazımdır.
Ümid edək ki, “Neftçi” li futbolçular 28 iyun “Baksel Arena”da məhz belə fanatları üçün meydanda tam fərqli oyun göstərəcklər. Ki, 90 dəqiqənin sonunda tribunalarda və ekran arxasında oturan yüzlərlə sabitlərin üzü gülsün.
XANOĞLAN / SPORTİNFO.AZ

