"Neftçi"yə qol vura bilməyən hücumçunu bu cür ələ saldılar - FOTO

23 İyul 2022 22:40 Neftçi 1 767
"Neftçi"yə qol vura bilməyən hücumçunu bu cür ələ saldılar - FOTO

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan "Aris" meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

Sportinfo.az xəbər verir ki, hakimin final fitindən bir neçə saniyə əvvəl isə Limassol təmsilçisinin futbolçuları üçüncü qolu “Neftçi”nin qapısından keçirməyə yaxın olub.

Amma Kipr klubunun belaruslu futbolçusu Yevgeni Yablonvski təkbətək epizodda topu qapının üstündən vurub.

Belarusun sosial şəbəkədə tanınmış futbol səhifələrindən olan "belarusfoot" isə Yablonskinin timsalında ölkə futbolunu bu paylaşımla ələ salıb:

"Belarus futbolunun səviyyəsini tamamilə hər yerdə izləmək olar. Yevgeni Yablonskinin “Aris” – “Neftçi” matçının son dəqiqələrində qaçırdığı epizod".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!