"Neftçi" 21 iyulda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Limassol) ilk matçına çıxıb.
Kiprdəki "AEK Arena"da oynanılan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasındakı cavab qarşılaşması 1 həftə sonra "Bakcell Arena"da olacaq.
"Neftçi" azarkeşləri indi çox narahat və qəmgindir. Lorentsiu Regekampf və futbolçulara saysız-hesabsız tənqidlər yağdırmaqdadırlar.
Funksionerlərlə bərabər. Bunun üçün əsas ciddidir - komanda Kiprdə "Neftçi"yə yaraşmayan rəzil futbolu ilə yadda qaldı.

Ölkəsində heç də ən güclülərdən sayılmayan "Aris" xeyli sayda qol epizodu yaratdı. Təəssüf və təəccüb hissi ilə bildirməliyik ki, "ağ-qaralar" onları narahat edəcək nəsə etmədi.
Kiprdəki matçdan öncə bukmeker kontorları Bakı təmsilçisini favorit hesab etmirdi. “Neftçi”nin qələbəsi 3,18, məğlubiyyəti 2,26 əmsal idi. Qarşılaşmada heç-heçəyə 3,14 əmsal verilmişdi.
İndi belə şübhələr də var ki, oyun “qumar“a qoyulub. Bununla bağlı söz-söhbətlər sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. “Neftçi“ azarkeşlərindən bir neçəsi belə bir iddia ilə çıxış edib.
Bu cütün qalibi növbəti raundda “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü ilə görüşəcək.
SPORTİNFO.AZ

