"Bakıya da qələbə üçün gedəcəyik".
Sportinfo.az xəbər verir ki, bunu "Aris"in futbolçusu Matiya Şpolyariç Kiprdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib:
"Rəqibi yaxşı təhlil etmişdik. Onlara qarşı yüksək təzyiq göstərdik. Çoxlu epizodlar yaratdıq, daha çox qol vura bilərdik".
Komandalar arasındakı cavab oyunu iyulun 28-də olacaq.

