“Neftçi”mizi bu günə qoyanlara Allah min lənət etsin!” - SƏRT REAKSİYALAR

22 İyul 2022 20:00 Neftçi 90 729
“Neftçi”mizi bu günə qoyanlara Allah min lənət etsin!” - SƏRT REAKSİYALAR

Konfrans Liqasında əsas ümid yerimiz “Neftçi” olsa da, ölkənin ən köklü klubu Kipr səfərində “Aris”ə boyun əydi – 0:2.

Məğlubiyyət bir tərəfə, işin maraqlı tərəfi təmsilçimizin bütün komponentlərdə rəqibdən geri qalması və meydanda zəif bənd rolunu məharətlə “ifa etməsiydi”.

Limasolluların qolları sıraladığı dəqiqələrdə “Neftçi”nin “feysbuk” səhifəsində səssizlik hökm sürürdü.

Yalnız matç başa çatandan sonra yekun nəticə ilə bağlı elan verildi ki, oyunu mavi ekran qarşısında izləyən fanatlar ürəyini klubun sosial şəbəkə hesabındakı şərhlərlə boşaltmağa çalışdı.

Təhqirləri görməzlikdən gələrək, daha çox diqqətimizi çəkən şərhləri təqdim edirik:

“Bir-iki balqabaq var idi, deyirdi, 2:0, 3:0 udacağıq. “Neftçi”də heç vaxt baş məşqçi problemi olmayıb. Problem idarəetmə olub, lakin bu məhəllə komandasını bu gün Şahin Diniyev də udardı”.

“Birdəfəlik anlayın ki, bu rəhbərlik pul silməklə, cibini doldurmaqla məşğuldur. Etdikləri transferlər göz önündədir”.

“Yerə soxum sizi”.

“Gəlməyin, qalın oralarda. Biabırçı oyun oldu həqiqətən”.

“Ailəsinə başçılıq edə bilməyən biri komandaya rəhbərlik edə bilməz”.

“Biabırçılıqdır! Ağlaya-ağlaya baxdım oyuna. Samir Abasov bu komandanı rahat keçərdi. Nə günlərə qaldı “Neftçi”. Çox heyf!”

“Neftçi” PFK, futbolçunu yaxşı təqdim etməyiniz var, başqa heç nə. Rədd olun klubdan. Çəkin o murdar əllərinizi, imkan verin futbolu bilən insanlar idarə etsin klubu”.

“Futbolumuzu, “Neftçi”mizi bu günə qoyanlara Allah min lənət etsin! “Neftçi” azarkeşi olaraq təəssüflə qeyd etməliyik ki, “Qarabağ” (Qurban) bizdən 10 baş üstündür. Haram xoşunuz olsun!”

“5 ildən çoxdur ki, “Neftçi” azarkeşi olduğuma görə utanıram. Yaxşı ki, “Qarabağ” var”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!