“Neftçi” dünən avrokuboklarda mübarizəyə başlayıb.
Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk görüşünə çıxıb.
Kiprdəki matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Limassol təmsilçisi ikinci hissədə “Neftçi”nin qapısına vurduğu iki qolla qələbə qazanıb.
“Neftçi” və “Aris” arasında cavab oyunu iyulun 28-də keçiriləcək.
Qeydə alınan uğursuz nəticə “ağ-qaralar“ın azarkeşlərinə olduqca pis təsir edib. Bakılı fanatlar oyundan sonra sosial şəbəkələrdə yazdıqları rəylərlə klub rəhbərliyinə öz kəskin etirazını bildirib.
Tərəfdarlar baş məşqçi Lorentsiu Regekampfın, o cümlədən, yeni alınan legionerlərin ünvanına sərt tənqidlər səsləndiriblər.
Gözlənildiyi kimi, məğlubiyyət rəsmilərin özlərində də ciddi narahatlıq yaradıb. Avrokuboklarla erkən vidalaşmaq təhlükəsi funksionerlərin yuxusunu ərşə çəkib.
Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov da hiddətini gizlətməyib. Klub üzərində əsas söz sahibi sayılan Qəhrəmanov bu mövzuda idarəçilərlə danışıb, sərgilənən bərbad oyunun «Neftçi»yə yaraşmadığını diqqətə çatdırıb.
O, öz kadrlarından hesabat istəyib, bu mərhələni keçmək tələbinin yerinə yetirilməsini tələb edib. Şuranın aparıcı siması rumıniyalı çalışdırıcının işinin də qənaətbəxş olmadığını söyləyib,
SPORTİNFO.AZ

